“Səbail”in keçmiş müdafiəçisi Dmitri Litvin Azərbaycan Premyer Liqasında oynadığı dövrləri və ölkəmizdəki həyatı xatırlayıb.
Sportal.az xəbər verir ki, “sport.ua” portalına danışan “Kuala Lumpur"un futbolçusu Azərbaycan və Malayziyanı da müqayisə edib:
"Azərbaycan mənə daha çox həyat yoldaşımla görüşümüzü xatırladır. Çempionat isə çox maraqlı və rəqabətli liqa idi. Həqiqətən də çox xoşuma gəlirdi. Futbolçu üçün yaşamaq baxımından ən rahat yer haradır, Ukrayna, Portuqaliya, Farer adaları, Azərbaycan, yoxsa Malayziya soruşsanız, sizə Kiyev və Bakını deyərdim. Ümumilikdə, bu ölkələrin hər biri məni dəyişdi. Ukrayna mənim üçün baza və evimdir. Portuqaliya mənim böyüməm və futbol inkişafımdır. Azərbaycan isə mənim həyat yoldaşımdır, dəyərlər və prioritetlərdə dəyişiklik, ailəmdir. Malayziya atanın rolu və qeyd-şərtsiz məsuliyyətdir"
Qeyd edək ki, 29 yaşlı futbolçu “Metalist”(Xarkov), “Aveş”, “Fafe”, “Zorya”, “Olimpik”(Donetsk), “Akron”, “SKA-Xabarovsk”, “Klaksvik”, “Lusitania” klublarında oynayıb.
