“Qarabağ” “Seltik”in rəsmi təklifini rədd etdi - SON DƏQİQƏ

15:20 - 4 İyul 2026

Şotlandiyanın "Seltik" klubu Kamilo Duranın transferi üçün "Qarabağ"a rəsmi təklif göndərib.

Sportal.az Sport24.az-a istinadən xəbər verirki, Ağdam təmsilçisi 24 yaşlı kolumbiyalı hücumçu ilə bağlı ilk təklifi qəbul etməyib və qarşı tərəfə mənfi cavab verib.

Bununla belə, tərəflər arasında danışıqlar yekunlaşmayıb.

Mənbənin bildirdiyinə əsasən, "Seltik" Duranın transferində israrlıdır və yaxın günlərdə daha yaxşı şərtlərlə "Qarabağ"a yenidən müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, Kamilo Duran ötən mövsüm "Qarabağ"ın heyətində uğurlu çıxışı ilə yadda qalıb

Xəbər xətti