“Real” və İspaniya millisinin sabiq forvardı Xoselu Avropaya geri qayıtmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçunun Türkiyədə oynamaq variantı ortaya çıxıb.
Bu barədə Türkiyə mətbuatı iddia edib. Xoseluya “Konyaspor” təklif göndərib və hazırda danışıqlar gedir.
Onu istəyən digər klublar isə “Valensiya”, “Deportivo”, “Latsio”, “Ayntraxt”(Frankfurt), “Union Berlin” klublarıdır.
Təcrübəli futbolçu “Selta”(Viqo), “Hoffenhaym”, “Ayntraxt”(Frankfurt), “Hannover”, “Stok Siti”, “Deportivo”, “Alaves”, “Espanyol”, “Real” (Madrid), “Əl-Qarafa” klublarının formasını geyinib.
