Pantiçin yetirmələri növbəti yoxlama oyununa çıxır
“Bakı” Avstriyada təlim-məşq toplanışı davam etdirir.
Sportal.az xəbər verir ki, “ağ-göylər” bu gün növbəti yoxlama oyununa çıxacaq. Hazırlıq çərçivəsində yerli “Helmaqor” (4:1) və “Penik” (8:0) kollektivini darmadağın edən serbiyalı baş məşqçi Milinko Pantiçin yetirmələri bu dəfə digər ölkə təmsilçisi ilə üz-üzə gələcək. Belə ki, bakılılar Sloveniyanın SPİNS klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Bakı” iyulun 16-da Serbiya “Donji Srem”i ilə görüşəcək. “Zolaqlılar” iyulun 25-də isə hazırlıqlarını başa vuraraq vətənə geri dönəcək.
saytlarin hazirlanmasi