"Qəbələ" iki futbolçu ilə müqavilə imzaladı

15:20 - 13 İyul 2013

Subotiç və Da Silva rəsmən komandanın futbolçuları oldu
 
"Qəbələ" sıralarını daha iki yeni futbolçu ilə gücləndirib. 

Sportal.az xəbər verir ki, Daniel Subotiç və Leonardo Da Silva ilə birillik müqavilə imzalanıb. 

1989-cu il yanvarın 31-də keçmiş Yuqoslaviyada anadan olan Subotiç futbol həyatına vətəndaşı olduğu İsveçrədə - "Bazel" klubunda başlayıb. İlk peşəkar futbolçu müqaviləsini İngiltərənin "Portsmut" klubu ilə bağlayan hücumçu daha sonra "Zulte Varagen" (Belçika), "Qrosseto" (İtaliya), "Unversitato Kraiova" (Rumıniya), "Targu Mureş" (Rumıniya) və "Volın" (Ukrayna) kimi klublarda top qovub. Daniel "Qəbələ"də 31 nömrəli forma ilə çıxış edəcək.

1992-ci il martın 18-də Braziliyada anadan olan Leonardo peşəkar futbolçu karyerası boyunca "ENP" (Kipr) və "Metallurq" Donetsk (Ukrayna) klublarının şərəfini qoruyub. Yarımmüdafiəçi "Qəbələ"də 42 nömrəli forma ilə çıxış edəcək.

Xəbər xətti