"Rəvan" Sloveniyaya yollanır

02:28 - 15 İyul 2013

"Sığortaçılar" 3 yoxlama oyunu keçirəcək

 

"Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində artıq ilk mərhələni geridə qoyub.
 
Sportal.az xəbər verir ki, iyunun 20-dən hazırlıqlara başlayan komanda dünən AZAL ilə "Bayıl Arena”da yoldaşlıq oyunu keçirməklə hazırlığın birinci mərhələsini başa vurdu.
 
Bu gün isə, "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyaya yollanacaq. Bakı – Vyana – Maribor marşrutu ilə hərəkət edəcək komanda Bakıdan Avstriyanın paytaxtına təyyarə ilə, ordan Sloveniyanın adıçəkilən şəhərinə isə avtobusla yollanacaq.
 
Mariborda komanda üzvləri "Draş Hotel”də qalacaq. Komandamız Maribor toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi nəzərdə tutub. Toplanış ayın 26-na qədər olacaq. İyulun son, avqustun ilk günlərində isə hazırlığın sonuncu mərhələsi olacaq. Komanda həmin müddətdə yenə Bakıda hazırlığını davam etdirəcək. 

Xəbər xətti