"Aluminiy", "Çukariçki" və "Karabükspor"

11:52 - 17 İyul 2013

"Rəvan"ın rəqibləri bəlli oldu
 
Yeni mövsümə hazırlığını Sloveniyada davam etdirən "Rəvan”ın adıçəkilən ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin adlarına aydınlıq gəlib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Mariborda ən azı 3 yoldaşlıq görüşü keçirəcək. İlk oyun bu gün keçiriləcək. "Rəvan”ın ilk sparrinq-rəqibi yerli klublardan "Aluminiy” olacaq. Ötən mövsüm Sloveniya kubokunda yarımfinala yüksəlmiş Kidriçevo təmsilçisi ilə oyun yerli vaxtla saat 18:00-da başlayacaq.
 
Ardından iyulun 21-də Serbiya elitasının nümayəndəsi "Çukariçki” ilə matç olacaq. 3 gün sonra isə Türkiyə Superliqasının təmsilçisi "Karabükspor” rəqib qismində çıxış edəcək. Bu oyunlar da yerli vaxtla saat 18:00-da start götürəcək.
 
Qeyd edək ki, komandanın Mariborda daha 1 yoxlama matçı keçirmək ehtimalı var. Bu yöndə danışıqlar davam etdirilir.

Xəbər xətti