"Bakı" Kamran Ağayev və Aleksandar Şoliçsiz məşq etdi

04:57 - 19 İyul 2013

Paytaxt klubunda yeni müdafiəçi
 
Artıq 15 gündü “Bakı” Avstriyada təlim-məşq toplanışı keçirir. Sportal.az xəbər verir ki, ötən gün “zolaqlılar” səhər saatlarında dağ yerində yoxuşa qalxaraq ümümilikdə 2 km məsafəni qət ediblər.
 
Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçirilən axşam məşqi isə 1,5 saat davam edib. Fiziki və taktiki təmrilərdən ibarət olan məşqə komanda isinmə hərəkətləri ilə başlayıb. Məşqi topla hərəkət və uzun pas təmrinləri ilə davam edib. Daha sonra dörd qrupa bölünən futbolçular oyun keçiriblər.
 
Aleksandar Şoliç məşqdə iştirak etməyib, Kamran Ağayev isə komandadan ayrı çalışıb.
 
Komanda ilə birgə kiprli müdafiəçi Georgias Pelageas da məşq edib. O dünəndən etibarən klubda baxışdan keçir.
 
Şam yeməyində isə komanda üzvləri 25 yaşı tamam olan Elvin Məmmədovu təbrik ediblər.

Xəbər xətti