Tacikistan millisinin üzvü "təyyarəçilər"in futbolçusu olur
AZAL baxışa çağırdığı Tacikistan yığmasının üzvü Sahib Savankulovla münasibətlərini rəsmiləşdirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir ki, “təyyarəçilər”in məşqçilər korpusu bu oyunçunu bəyənib. Tacik futbolçu yaxın günlərdə AZAL-la müqavilə imzalayacaq.
24 yaşlı Sahib Savankulov müdafiə xəttində çıxış edir. 2006-2009-cu illərdə Tacikistanın “Vaxış” klubunun formasını geyinən futbolçu 2009-dan Düşənbə “İstiqlal”ının uğurları üçün çalışır. 2008-ci ildən milli komandaya çağırılan Sahib 31 oyunda 1 qol vurub. O, millinin heyətində 2008, 2010 və 2012 illərdə “AFC Challenge Cup”un qalibi olub.
saytlarin hazirlanmasi