Sloveniyada davam

13:30 - 21 İyul 2013

"Rəvan" da məşqlərə ara vermir
 
Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” məşqlərə ara vermir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun olmayan tarixlərdə gündə iki dəfə məşq edən komanda fiziki yüklənməyə alışır. Məşq əllə top oynamaqla başlayıb. Ardından yüngül fiziki təmrinlər yerinə yetirən futbolçular "slalom”u dəf edib qapıya zərbələr vurub. Təktoxunuşlu ötürmələrlə topu özündə saxlamağa yönəlik prosesdən sonra qapıya zərbələr üzərində iş gedib. Hazırlıq iki tərəfli oyunla yekunlaşıb. "Yaşıllar” "ağlar”ı 6:5 hesabı ilə üstələyib. 

Xəbər xətti