"Digər komandanı 7:0 hesabı ilə məğlub etməkdənsə, belə rəqiblə oynamaq yaxşıdır”

17:36 - 22 İyul 2013

"Udineze" klubunun baş məşqçisi "Bakı"nı təriflədi
 
“Komandamız belə həvəslə mübarizə aparan rəqibə qarşı oynamağa hazır deyildi. Bu amil bizim üçün xəbərdarlıq olmalıdı”.
 
Sportal.az xəbər verir ki, bu sözləri İtaliyanın “Udineze” klubunun baş məşqçisi Françesko Qvidolin deyib.
 
Təcrübəli mütəxəssis yetirmələrinin “Bakı” ilə yoxlama görüşündən (1:1) o qədər də razı qalmayıb:
 
“Bakı” ilə qarşılaşma bəzi yeni futbolçuların bacarığı haqda müəyyən təsəvvürlərimin yaranmasına imkan verdi”. Matçın ilk yarısında “Bakı” bizi üstələyirdi. Lakin sonradan biz daha yaxşı, həm də təhlükəli oynamağa başladıq. Mənim futbolçulardan tələbim elə bu idi. “Bakı” ilə qarşılaşdığımız üçün razıyam. Bu görüş bizim üçün əsl sınaq oldu. Digər komandanı 7:0 hesabı ilə məğlub etməkdənsə, belə rəqiblə oynamaq yaxşıdır”. 

Xəbər xətti