"Məşqlərə çıxacağım günü səbrsizliklə gözləyirəm"

15:53 - 23 İyul 2013

Şəhriyar Əliyev: "Həkimlər son qərarı ayın 29-u verəcəklər"

 

"Həkimlər son qərarı ayın 29-u verəcəklər. Hələ dəqiq heç nə bilinmir". 

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın müdafiəçisi Şəhriyar Əliyev deyib. Əliyev yaşıl meydanlara çıxacağı günü səbrsizliklə gözlədiyini vurğulayıb:

 

Həkimlər dəqiq nə vaxt yaşıl meydanlara qayıdacağıma qərar verəcəklər. Hal-hazırda ayağımda o qədər də ağrı yoxdu. Qospitalda demişdilər ki, ayağın 3 həftə gipsdə qalmalıdı. İndi isə son qərarı klubun həkimləri verəcək. Məşqlərə çıxacağım günü səbrsizliklə gözləyirəm".

Xəbər xətti