Millimiz cəzalandırılacaq

00:59 - 9 Sentyabr 2013

Mikayıl Nərimanoğlu: "konkret onu deyə bilərəm ki, ..."

 

AFFA 21 yaşadək futbolçulardan ibarət milli komandanı cəzalandıracaq.

Sportal.az xəbər verir ki, bu haqda  assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

O bildirib ki, Avropa çempionatının seçmə qrup mərhələsində İsrailə səfər matçında 2:7 hesabı ilə məğlub olan komandanın üzvlərinə “sutocnu” verilməyəcək:

“Konkret onu deyə bilərəm ki, heç bir əzmkarlıq göstərmədiklərinə görə komanda üzvləri cəzalandırılacaq. Onlara “sutoçnu” verilməyəcək”. 

apasport.az

Xəbər xətti