Kapellonun komandasının taleyi Bakıdakı oyunda həll olunacaq
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin oktyabrda Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək dünya çempionatının qrup mərhələsinin son seçmə oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına müsahibəsində rusiyalı mütəxəssis qeyd edib ki, Fabio Kapellonun komandasını Bakıda çətin matç gözləyir.
“Əmin ola bilərsiniz ki, Azərbaycan komandası sonadək mübarizə aparacaq və layiqli müqavimət göstərəcək. Rusiya millisi buna hazır olmalıdır. Mən çoxdan deyirəm ki, Kapellonun komandasının taleyi Bakıdakı oyunda həll olunacaq. Meydan sahibləri bu görüşə yaxşı köklənib güclü mübarizə aparacaqlar. Bu, keçmiş SSRİ komandaları arasındakı oyunlarda baş verir. Azərbaycan millisi hazırlıqlıdır. Azarkeşlərinin emosional dəstəyindən çox asılıdır. Stadionun tribunaları ağzınadək dolacaq. Dəstək o qədər güclü olacaq ki, qonaqlar çətinliklə üzləşəcəklər”.
Y.Syomin qeyd edib ki, Azərbaycan millisində ulduz oyunçular olmasa da, futbolçularının təcrübəsi var: “Yeri gəlmişkən, Azərbaycan millisi müdafiədə yaxşı oynayır. Bu istiqamətdə daha da artırıblar. Hücumçuları isə həmişə olub”.
Xatırladaq ki, millimizin yer aldığı qrupda DÇ-2014-ün final mərhələsində birbaşa oynamağa imkan verən yeganə vəsiqə uğrunda qrup lideri Rusiya ilə ikinci yerdə olan Portuqaliya mübarizə aparır.
saytlarin hazirlanmasi