Rusiyadan millimizə şad xəbər

21:05 - 17 Sentyabr 2013

Rusiya millisinin əsas futbolçusu zədələndi
 
 
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması itki ilə üzləşib.
 
 
Sportal.az xəbər verir ki, “Zenit”in yarımmüdafiəçisi Roman Şirokov zədələnərək sıradan çıxıb.
 
Futbolçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, Şirokov DÇ-2014-ün seçmə mərhələsinin son oyunları ərəfəsində tam sağalacaq. Oktyabrın 11-də Lüksemburq, 4 gün sonra Azərbaycanla qarşılaşacaq şimallıların futbolçusu bu görüşlərə çıxıb-çıxmayacağı isə sual altındadır. Lakin bu qədər müddət oynamayan futbolçunun zədədən sonra birbaşa milliyə çağırılacağı inandırıcı deyil.
Qeyd edək ki, Roman Premyer Liqanın “Terek”lə oyununda zədələnib.

Xəbər xətti