Futbolçuları döyən baş məşqçi millimizi çalışdıracaq?

17:01 - 19 Sentyabr 2013

Foqtsun yerinə yeni namizəd
 
 
Türkiyənin adlı-sanlı məşqçilərindən olan Yılmaz Vural Azərbaycan millisini çalışdıra bilər.
 
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Berti Foqtsla yollarını ayırmağı qərara alan Azərbaycan Futbol Federasiya sözügedən türk məşqçi ilə danışıqlara başlayıb. Son klubu "Elazığspor" olan çalışdırıcının bu təklifə "hə" dediyi bildirilir.
Qardaş ölkə mətbuatı iddia edib ki, təcrübəli mütəxəssis sentyabrın 22-də Azərbaycan millisi ilə müqavilə imzalayacaq.

Xəbər xətti