Millimizdən qolları Benhur Kama (62) və Umar Akmurzayev (69) vurub. Slovakiya isə Lubomir Qorelçik (10), Yakub Krç (25), Nikolas Şpalek (68) və David Kondrlik (78) sayəsində qapımıza yol tapıb. “Qarabağ”ın qapıçısı Ağaseyid Qasımovun 66-cı dəqiqədə qırmızı vərəqə aldığı görüşdə Kama və Şpalek penalti zərbəsindən fərqlənə bilib.
Qeyd edək ki, qrupun digər oyununda İslandiya meydan sahibi Rusiyanı 2:1 məğlub edərək elit mərhələyə lider kimi çıxıb. Nikolay Adamın yetirmələri isə İslandiya ilə görüşdə (3:3) qazandığı 1 xalla qrup sonuncusu olub.