Daha bir futbolçu millimizdən imtina etdi
Türkiyənin "Çaykur Rizəspor" klubunun futbolçusu Sercan Kaya Azərbaycan millisindən aldığı dəvəti rədd edib.
Sportal.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumameylli yarımmüdafiəçi Anadolu agentliyinə açıqlama verib.
O, buna səbəb kimi Türkiyə yığmasında oynamaq istəyini göstərib: “Babam əslən azərbaycanlıdı. Bu səbəbdən, Azərbaycan millisinə dəvət almışdım. Hətta bu ölkə yığması ilə aramızda get-gəl olmuşdu. Rəsmi danışıqların ardından düşünmək üçün vaxt istəmişdim. Ötən ay toplanışa çağırılarkən, təklifi qəbul etməməyi qərara aldım. Azərbaycan milli komandası dəftəri mənim üçün qapanıb. Hazırkı formamı davam etdirsəm, Türkiyə yığmasına çağırıla bilərəm. Hədəfim “ay-ulduzlu” formanı geyinməkdi”.
saytlarin hazirlanmasi