Metropolitendən AFFA-ya cavab gəldi

15:42 - 2 Oktyabr 2013

"Son sərnişini daşıyanadək ..."
 
 
Bakı Metropoliteni AFFA-nın müraciətini rəsmən cavablandırıb.
 
Sportal.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva  açıqlamasında bildirib.
 
“Oktyabrın 16-na keçən gecə qatarlar son sərnişini daşıyanadək işləyəcəklər. Bu addım Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçından çıxan azarkeşlərin metro ilə evlərinə rahat çata bilmələri üçün atılıb”.
 
Qeyd edək ki, oktyabrın 15-də Bakının 8-ci km qəsəbəsindəki “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.
 
lent.az

Xəbər xətti