"Mançester Yunayted"in futbolçusu millimizə qarşı oynayacaq
Şimali İrlandiya millisinin Azərbaycan yığması ilə oynayacaq heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Maykl O’Nil DÇ-2014-ün son seçmə oyunlarına çağırdığı futbolçuların siyahısını müəyyənləşdirib.
Oktyabrın 11-də Azərbaycan, 4 gün sonra İsrailin qonağı olacaq komandaya 23 futbolçu cəlb olunub:
Qapıçılar:Ray Kerroll (“Olimpiakos”, Yunanıstan), Alan Mannus (“Sent Conston”, Şotlandiya), Maykl Mak Qovern (“Falkirk”, Şotlandiya)
Müdafiəçilər:Qaret Makoli (“Vest Bromviç”, İngiltərə), Conatan Evans (“Mançester Yunayted”, İngiltərə), Aleks Brüs (“Hall Siti”, İngiltərə), Li Hodson (“MK Dons”, İngiltərə), Daniel Laferti (“Barnli”, İngiltərə), Kreyq Ketkart (“Blekpul”, İngiltərə), Rori Makardli (“Bredford”, İngiltərə).
Yarımmüdafiəçilər:Kris Beyrd (“Ridinq”, İngiltərə), Stiven Devis (“Sauthempton”, İngiltərə), Oliver Norvud (“Haddersfild”, İngiltərə), Neyl Makqinni (“Aberdin”, Şotlandiya), Şon Ferqyuson (“Birmingem”, İngiltərə), Korri Evans (“Blekbern”, İngiltərə), Kris Brant (“Vest Bromviç”, İngiltərə), Semmi Klinqan (“Kilmarnok”, Şotlandiya)
Hücumçular:Uil Qriqq (“Brentford”, İngiltərə), Boilli Makki (“İnverness”, Şotlandiya), Martin Patterson (“Haddersfild”, İngiltərə), Cemi Uord (“Derbi”, İngiltərə), Coş Maqennis (“Aberdin”, Şotlandiya).