"Azərbaycan klubunun Çempionlar Liqasında oynaması mümkünsüzdür"

11:27 - 4 Oktyabr 2013

Vlastimil Petrjela: " Onların yığması özünü öldürəcək, lakin xal qazanmayacaq"
 
2007/08 mövsümünün gedişində “Neftçi”nin baş məşqçisi olan çexiyalı Vlastimil Petrjela  DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya oyunu ərəfəsində fikirlərini açıqlayıb. 
 
 
Sportal.az xəbər verir ki, Petrjela2Neftçi"də keçirtdiyi günlərə də toxunub:
 
Sankt-Peterburq “Zenit”inə rəhbərlik etməsi ilə rusiyalılara da yaxşı tanış olan Petrjela vaxtilə çalışdığı 2 ölkənin futbolu haqda danışıb:
 
“Rusiya və Azərbaycan futbolu arasında çox böyük fərq var. Orada stadion yoxdur. Çempionatın yarısı Bakıda keçirilir. Paytaxtdan kənarı təmsil edən bir neçə komanda – “Xəzər Lənkəran”, “Qarabağ” var”. 
 
Petrjela futbolçularımızın zəif cəhətini də açıqlayıb:
 
“Digər tərəfdən, orda çox istidir. İlboyu məşq etmək mümkündür. Azərbaycanda futbolçular çox yaxşı, texnikalıdır. Rusiyadakı kimi onların da fiziki hazırlıqla daha çox problemləri var. Taktika ilə isə lap çoxdur. Bu üzdən də ürəkləri istəyən kimi oynayırlar. Azərbaycanlı oyunçularla sərt olmaq lazımdır. Mən “Neftçi”yə gələndə komanda çempionatda 8-ci idi. Məşqlərdə yükləmələrə başladıq. Bu da ki, futbolçuların xoşuna gəlmirdi. Nəticədə 3-cü pilləyə qalxdıq”.
 
Çexiyalı “Neftçi”də ona vaxt verilməməyindən şikayətlənib:
 
“Azərbaycan klubunun Çempionlar Liqasında oynaması hələlik mümkünsüzdür. Lakin əminəm ki, “Neftçi” mənə 2-3 il vaxt versəydi, komandanı bu səviyyəyə qaldırardım”. 
 
Petrjela Rusiyanın Bakıdakı oyunda qalib gələcəyini düşünür:
 
“Dünya çempionatının evdəki seçmə oyununda Azərbaycan millisi çox çalışacaq. Çünki bu ölkədə rusları sevmirlər. Bakıda stadion dolacaq, əla ab-hava olacaq. Onların yığması özünü öldürəcək, lakin xal qazanmayacaq. Düşünürəm ki, Rusiya qalib gələcək”. 

Xəbər xətti