"Belə bir şansı əldən buraxmaq axmaqlıq olardı”

15:51 - 5 Oktyabr 2013

Kapello Azərbaycanla oyundan danışdı
 
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello oktyabrın 11-də Lüksemburq, 4 gün sonra isə Azərbaycanla oynayacaqları maçt barədə danışıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssi bunları dilə gətirib:
 
“Deməzdim ki, Rusiya yığması artıq dünya çempionatının final mərhələsinə yüksəlib. Azərbaycan və Lüksemburqla qarşılaşmaları asan saymaq olmaz.
Bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Lakin etiraf edək ki, Braziliyaya vəsiqə qazanmaq üçün əla şanslarımız var. Belə bir şansı əldən buraxmaq axmaqlıq olardı”.

Xəbər xətti