Əfran İsmayılov: "Bizim uduzmağa haqqımız yoxdur"
Azərbaycan milli komandasının üzvü Əfran İsmayılov oktyabrın 15-də Rusiya millisi ilə oyundan öncə həmin ölkənin mətbuatına iddialı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, futbolçu bütün diqqətlərini millini oyunlarına və Berti Foqts haqqında fikirlərini bildirib:
"Bizim bütün fikrimiz qarşıdakı Şimali İrlandiya və Rusiya millisi ilə oyunlara yönəlib. Bura qədər Azərbaycan xeyli xal itirib. Artıq itirməyə heç nəyimiz qalmayıb. Foqtsun komandada gələcəyi? Bilirik ki, bu oyunlar onun millidə son oyunlarıdır. Bizim üçün onun əhəmiyyəti yoxdur. O gedəcək ya qalacaq, bu da bizə maraqlı deyil. Biz Berti Foqts üçün oynamırıq.
Vətənimiz üçün oynayırıq və oktyabrın 11-i və 15-də doğma divarlar arasında öz azarkeşlərimizi sevindirmək istəyirik. Bizim uduzmağa haqqımız yoxdur."
saytlarin hazirlanmasi