"Mənim Rusiyanın Azərbaycan millisini məğlub edəcəyinə heç bir şübhəm yoxdur"

11:54 - 9 Oktyabr 2013

Valeri Qazzaev: "3 xalın bizə nə dərəcə vacib olduğunu yaxşı başa düşürlər"

 

"Mənim heç bir şübhəm yoxdur ki, Rusiya millisi Lüksemburq və Azərbaycanla oyunda 6 xal qazanacaq. Çünki bizim komandamız rəqibləri hər cəhətdən üstələyir. Futbolçularımız yaxşı formadadırlar. Həm də onlar hər iki oyunda 3 xalın bizə nə dərəcə vacib olduğunu yaxşı başa düşürlər".


Sportal.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Rusiyanın əməkdar məşqçisi Valeri Qazzaev deyib.

Təcrübəli mütəxəssis Rusiya millisinin DÇ-2014-ün seçmə mərhələsində qarşılaşacağı son iki rəqibini müqayisə edərkən Azərbaycan yığmasını nisbətən güclü adlandırıb: "Bu iki komanda arasında ele də çox fərq görmürəm. Azərbaycan millisi Lüksemburqdan güclü ola bilər. Ancaq heç biribizim üçün təhlükəli rəqib deyil".

Qeyd edək ki, milli komandamız Rusiya ilə oktyabrın 15-də qarşılaşacaq
.

Xəbər xətti