Norveçlə oyunun baş hakimin adı müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabah Norveçlə səfərdə keçirəcəyi oyunun baş hakimi müəyyənləşib.
Sportal.az xəbər verir ki, UEFA yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki qarşılaşmasını danimarkalı ədalət təmsilçilərinə tapşırıb. Oyunu 36 yaşlı Mikael Taykqard idarə edəcək.
UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxil olan referi 2012-ci ildən beynəlxalq dərəcəsi alıb. Taykqard ötən ay yığmamızın 2 matçında fit çalıb. Danimarkalı U-17 yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki görüşlərdə iş başında olub. Referi futbolçularımızın Rusiyaya 0:1, Slovakiyaya 2:4 hesabı ilə uduzduğu matçları idarə edib.
saytlarin hazirlanmasi