Qonaqlar "Bakı"nin bazasında məşq ediblər
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Şimali İrlandiya millisi artıq ölkəmizə təşrif buyurub.
Sportal.az xəbər verir ki, rəqib komanda bu gün səhər saatlarında müasir standartlara cavab verən “Bakı” FK-nın təlim-məşq bazasında ilk məşqini keçirib. Media mənsublarının da iştirak etdiyi hazırlığın yalnız 15 dəqiqəsi jurnalistlər üçün açıq olub. Sonda qonaqlar “Bakı”nın onlara yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər.
Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya matçı oktyabrın 11-i saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.
saytlarin hazirlanmasi