Arif Əsədovun yetirmələri məğlub oldu

21:40 - 10 Oktyabr 2013

Millimiz ilk oyunda ilk məğlubiyyətini aldı
 
Bu gün "AÇ-2014"ün seçmə mərhələsinin oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, 3-cü qrupda yer alan Azərbaycanın 19 yaşadək futbolçularından ibarət milli komandası seçmə mərhələdə ilk matçına çıxıb.
Arif Əsədovun komandası səfərdə İrlandiyanın qonağı olub. Hər iki hissədə bir qol buraxan yığmamız görüşdən məğlub ayrılıb - 0:2. 
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 12-də evdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.

Xəbər xətti