Yığmamızdan inamlı qələbə
Bu gün "AÇ-2015"in seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, 8-ci qrupda yer alan 21 yaşadək futbolçulardan ibarət millimiz seçmə mərhələdə üçüncü matçına çıxıb.
Bernard Lippertin komandası səfərdə Norveçlə üz-üzə gəlib. Keçirdiyi iki oyundan cəmi bir xal toplayan yığmamız səfərdən ən azı heç-heçə ilə qayıtmaq niyyətində idi. Ancaq millimiz daha artığını bacaraq Norveçi böyükhesabla məğlub edib - 3:1
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 15-də, Bakıda Portuqaliyaya qarşı keçirəcək.
saytlarin hazirlanmasi