Lippert:"Layiqli qələbə qazandığımızı düşünürəm"

23:55 - 10 Oktyabr 2013

Millimiz bu qələbəni İlham Əliyevə hədiyyə etdi
 
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi Norveç 1:3 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, yığma komandamızın baş məşqçisi Bernhard Lippert oyundan sonra fikirlərini açıqlayıb.

Almaniyalı mütəxəssis bu oyundakı qələbəni prezident İlham Əliyevə həsr etdiklərini deyib: “Birinci hissədə rəqibin güclü təzyiqi vardı. Lakin Norveç yığmasının həmlələrinin öhdəsindən komandamızın əzmkarlığı və qapıçımızın məharətli oyunu sayəsində gəldik. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Bunun nəticəsində bir neçə qol epizodu yarada bildik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu qalibiyyəti dünən keçirilmiş prezident seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik”.

Xəbər xətti