“Əlbəttə ki, nəticədən məyusuq. İlk hissədə dominantlıq etsək də, heç nədən qollar buraxdıq. Topa daha çox nəzarət etsək də, alınmadı. Oyundan oyuna fərq var. Hakimlik bir qədər zəif idi. Mən Azərbaycanın bütün oyunlarına baxmışam. Rəqibi yaxşı təhlil etmişdik. Ancaq nəticə istədiyimiz kimi olmadı. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Dəyişikliklər rəqibə kömək etdi. Bizim də oyunumuz alınmayınca, qapımızda qol gördük. Oyundan sonra Berti Foqtsa rəqib futbolçuların özünü düzgün aparmamağı ilə bağlı iradımı bildirdim, o isə buna görə üzr istədi. Yəni iradımı düzgün saydı”.