Aleksandr Səmədov: "Sadəcə, matçı başa vurmaq vacib idi"
Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirdikləri səfər oyunundan danışıb.
Sportal.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri görüşdən sonra Azərbaycanla oyuna da toxunub:
“Əgər desəm ki, fasiləyə yollananda artıq Azərbaycanla oyunu düşünmürdüm, yalan danışmış olaram. Biz qələbəni təmin etdiyimizə ilk hissədən sonra əmin idik. Sadəcə, matçı başa vurmaq vacib idi. İkinci hissədə oyunu sakit tempdə davam etdirməyə çalışırdıq”.
saytlarin hazirlanmasi