Qara Qarayev: "Mərkəzdə çoxlu rəqib oyunçular var idi"

15:21 - 12 Oktyabr 2013

"Bundan sonra oyunum qaydasına düşdü"
 
“ Birinci yarıda Şimali İrlandiya tamam başqa taktika ilə oynayırdı. Gözləmirdik ki, belə taktika ilə başlayalar. Biz 4-4-2 taktikasına uyğun hazırlaşmışdıq. Onlar isə meydana 3-5-2 düzülüşü ilə çıxmışdı. Bu da bizi birinci hissədə hardasa çaşdırdı”.
 
Sportal.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayevə məxsusdur. Dünən Şimali İrlandiyaya qalib gəldiyimiz oyunda start heyətində meydançaya çıxan və əvəzlənmədən mübarizə aparan futbolçu bildirib ki, ilk hissədə oyunu alınmayıb: Mərkəzdə çoxlu rəqib oyunçular var idi. Bu üzdən ilk hissədə oyunum yaxşı alınmadı. Ancaq fasilədən sonra biz mərkəzdə çoxluq təşkil etməyə başladıq. Bundan sonra oyunum qaydasına düşdü. Bu, normaldır. Ancaq yenə də öz oyunumdan razı deyiləm. Çalışıb bunu qaydasına salacağam”.
 
Qeyd edək ki, Azərbaycan yığması dünən Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edib.

Xəbər xətti