Rusiya millisində şok itki

12:06 - 13 Oktyabr 2013

"O, Azərbaycan millisi ilə oyunda oynamayacaq"
 
Rusiya yığmasının həkimi Eduard Bezuqlov yarımmüdafiəçi Yuriy Jirkovun Lüksemburqla oyunda zədələndiyini bildirib.
 
Sportal.az xəbər verir ki, o bunları dilə gətirib: "Onun bel əzələsində zədə var. Bu səbəbdən də futbolçu 2 həftə buraxacaq və Azərbaycan millisi ilə oynamayacaq".
 
Həmçinin bü günkü məşqdə Vasiliy Berezutski, İqor SAkinfeyev və Aleksandr Səmədov iştirak etməyib. Onların sabahdan etibarən yenidən məqşlərə qoşulacaqları məlumdur.
 

Xəbər xətti