Aleksandr Səmədov: "Mənim üçün Azərbaycanla oyuna görə..."

15:07 - 13 Oktyabr 2013

"Heç bir əlavə motivasiya yoxdu"
 
Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. 
 
Sportal.az xəbər verir ki, futbolçu oyunda əlavə motivatsiyası yoxdu:
 
“Hamı başa düşür ki, bu, seçmə mərhələdəki sonuncu oyunumuzdu və böyük əhəmiyyətə malikdi. Mənim üçün Azərbaycanla oyun digər komanda yoldaşlarım üçün olduğu kimidi. Heç bir əlavə motivasiya yoxdu”.
 
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də Bakıda keçiriləcək.

Xəbər xətti