"Onlar yaxşı sonluq naminə torpağı da gəmirəcəklər, əmin olun"

00:15 - 14 Oktyabr 2013

Yuran:"Azərbaycanlılarla oynamaq həmişə çətindir"
 
 
Rusiya futbolunun məşhur siması Sergey Yuran ölkəsinin əsas komandasının oktyabrın 15-də Bakıda Azərbaycan millisi ilə keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, bir dönəm "Simurq"u da çalışdırmış rusiyalı mütəxəssis yerli mətbuata açıqlamasında belə danışıb:
 
“Oyuna köklənmək baxımından problem olacağına inanmıram. Ancaq Bakıda heç-heçə etsək pis olmayacam. Axı 1 xal millinin Braziliyaya birbaşa yollanmasına bəs edəcək.
 
Azərbaycanlı “böyük qardaş”a badalaq vurmaq üçün əlindən gələni edəcək. Oyuna yaxşı kökləniblər. Şimali İrlandiya üzərində qələbəni, Rusiya ilə matçda uğurlu nəticə qazanacaqları halda vəd olunan mükafatı da unutmayaq.
 
Onlar yaxşı sonluq naminə torpağı da gəmirəcəklər, əmin olun. Oyun çox çətin alınacaq. Amma uduzacağımızı düşünmürəm. Məncə, 1:0 və ya 2:1 hesabı ilə qalib gələcəyik. Azərbaycanlılarla oynamaq həmişə çətindi.
 
Berti Foqts praqmatik futbola üstünlük verir. Rəqib yaxşı təşkilatlanmış kollektivdi. Mərkəzi bağlayacaqlarına şübhə etmirəm. Cinahlarda yer alan kreativ oyunçularımızın əməyindən faydalanmalıyıq”.

Xəbər xətti