"Rusiya yığmasına qalib gəlsək, bu, sensasiya sayılmayacaq"

13:28 - 14 Oktyabr 2013

Aslan Kərimov: "Rusiya yığmasının futbolçularının güclü və zəif cəhətləri meydanda görünür"

 

"Sheraton Baku Airport Hotel”də Azərbaycan milli komandasının məşqçiləri Nazim Süleymanov və Aslan Kərimovun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransı keçirilib. 

 

Sportal.az xəbər verir ki, hər iki məşqçi oyuna ciddi hazırlaşdıqlarını vurğulayıblar: 

 
Nazim Süleymanov:
 
“Oyuna yaxşı hazırlaşırıq. Sabah qələbə qazanmaq istəyirik. Rusiya yığmasının futbolçularının güclü və zəif cəhətləri meydanda görünür. Ona görə də diqqətli olmalıyıq.
Futbolçularımız Rusiyada oynaya bilər. Sadəcə, istək olmalıdır. Qol vurmaq üçün zərbə, zərbə vurmaq üçün isə istək olmalıdır. Rusiyada futbolçuların sürəti artıb. Biz oynadığımız dövrlə müqayisədə maliyyə baxımından da yüksəliş var”.
 
 
Aslan Kərimov:
 
“Rusiya yığmasına qalib gəlsək, bu, sensasiya sayılmayacaq. Çünki istənilən rəqiblə oynaya bilərik. Millinin üzvlərinin ustalıq baxımından güclü çempionatlarda oynamasını istərdik. Futbolçularımız Rusiyada oynasa, bizim üçün də rahat olar. Ruslar bizdən təcrübə baxımından üstündür. Bizim üstünlüyümüz isə doğma meydanda oynamağımızdır. Bəlkə də motivasiya baxımından bizim qələbəmiz daha vacibdir. Heyətdə bəzi dəyişikliklər olacaq. Bu, Rasim Ramaldanovla bağlıdır. O, oyunu buraxacaq. Bundan başqa, digər səbəblərdən də heyətdə dəyişikliklər olacağı istisna olunmur”.

Xəbər xətti