Sabahkı matçda Munukka fit çalacaq
Bildiyiniz kimi, U-21 yığmamız sabah Portuqaliya ilə qarşılaşacaq. Matçı idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Sportal.az xəbər verir ki, qarşılaşmada ədaləti qorumaq missiyası Antti Munukkaya həvalə olunub. Ona Mati Heyninen və Yan-Peter Aravirta yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Mattias Gestranius yerinə yetirəcək. Xatırladaq ki, Azərbaycan – Portuqaliya oyunu sabah, saat 16:00-da “Bayıl Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi