Buna son iki oyunda qazanılan nəticələr səbəb olub
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki,, siyahıda 88-ci olan Azərbaycan millisi ötən ayla müqayisədə 19 pillə irəliləyib.
Sentyabrın 12-də açıqlanan son siyahıda 315 xalı olan yığmamız hesabını 407 xala çatdırıb. Bu 92 xallıq inkişaf da cədvəldə irəliləyişə səbəb olub.
UEFA-nın reytinqində 39-cu olan Berti Foqtsun komandasının irəliləməsinə DÇ-2014-ün seçmə mərhələsinin son 2 oyun səbəb olub. Sentyabrın 11-də Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edən futbolçularımız 4 gün sonra Rusiya ilə heç-heçə edib – 1:1.
saytlarin hazirlanmasi