Estoniya - Azərbaycan oyunu noyabrın 15-də keçiriləcək
Noyabrın 15-də yoldaşlıq oyunu çərçivəsində millimizlə qarşılaşacaq Estoniya yığmasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Estoniya millisinin baş məşqçisi Tarmo Rüütli yığmamızla oyun üçün 21 futbolçuya dəvət göndərib.
Qapıçılar: Mikel Aksalu (SJK, Finlandiya), Sergey Pareyko ("Volqa", Rusiya)
Müdafiəçilər: Artyom Artyunin ("Levadiya", Estoniya), Enar Yaaqer ("Lierse", Belçika), Ken Kallaste ("Nomme Kalyu", Estoniya), Raqnar Klavan ("Augsburq", Almaniya), Dmitri Kruqlov ("Levadiya", Estoniya), Mikk Reintam (JJK, Finlandiya), Taiyo Teniste ("Sogndal, Norveç)
Yarımmüdafiəçilər: Aleksandr Dmitriyev ("Levadiya", Estoniya) Joel Lindpere ("Çikaqo Faye", ABŞ), Siim Luts (IFK, İsveç), Sergey Mosnikov ("Qornik Zabrze", Polşa), Sander Puri ("York Siti", İngiltərə), Konstantin Vassilyev ("Amkar", Rusiya), Martin Vunk "Sillamae" (Estoniya)
Hücumçular: Henri Anier ("Mozervell", Şotlandiya), Rimo Hunt ("Levadiya", Estoniya), Tarmo Kink ("Qyör" Macarıstan), Henrik Oyamaa ("Legiya", Polşa), Sergey Zenyov ("Karpat", Ukrayna)
Qeyd edək ki, noyabrın 15-də keçiriləcək Estoniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
saytlarin hazirlanmasi