Çimərlik futbolu üzrə millini portuqaliyalı çalışdıracaq
Çimrəlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi portuqaliyalı mütəxəssis Jose Miguel Mateusa həvalə olunub.
Sportal.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb. Onun qarşısına milli komandanı 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.
Bu gün AFFA-nın inzibati binasında Jose Miguel Mateusla görüş keçirilib. Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının indiki vəziyyəti, potensialı və qarşıdakı turnirlərə hazırlıq planları müzakirə olunub.
saytlarin hazirlanmasi