Qol vurdu, Qırğızıstanla matça dəvət aldı

13:36 - 11 Noyabr 2013

"Sumqayıt" dana bir futbolçusunu milliyə göndərdi
 
Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə bu gündən etibarən təlim-məşq toplanışında olacaq (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek) Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub.
 
Sportal.az xəbər verir ki, bu,  “Sumqayıt” klubunun üzvü Pərdis Fərcad-Azad dəvət olunub.
Qeyd: Əli Gökdəmir millinin hazırlıq prosesində noyabrın 14-dən etibarən iştirak edəcək.

Xəbər xətti