Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippert Makedoniya yığması ilə oyundan sonra (0:1) keçirilən mətbuat konfransında deyib.
"İkinci hissədə oyunda bərabərlik yarada bilsək də, qapımıza gedən topun futbolçuya toxunub istiqamətini dəyişməsi nəticəsində qol buraxdıq. Hesabda geri düşdükdən sonra daha riskli oynayıb hücumlarımızı gücləndirsək də, təəssüf ki, qol vura bilmədik” - deyə almaniyalı mütəxəssis əlavə edib.