Azərbaycan yığmasını məğlub etdi, müqaviləsi uzadılır

16:24 - 16 Noyabr 2013

"Artıq qərara gəlmişik ki..."

Estoniya milli komandasının baş məşqçisi Tarmo Ruutlinin taleyinə aydınlıq gəlib. Sportal.az xəbər verir ki, noyabrın 15-də Azərbaycan yığması üzərində 2:1 hesablı qələbə qazanan Baltikyanı ölkə təmsilçisi çalışdırıcısını postunda saxlayacaq.

Bunu Estoniya Futbol Assosiasiyasının prezidenti Ayvar Pohlak açıqlayıb: “Neçə vaxtdır ki, axtarışlardayıq. Ruutliyə alternativ variantları götür-qoy edirik. Onun özü isə Azərbaycanla oyunu əsas gətirərək danışıqlara başlamağa tələsməməyi deyirdi. Artıq qərara gəlmişik ki, noyabrın 21-də baş məşqçimizlə masa arxasında oturub yeni müqaviləni müzakirə edək. Çünki futbol mövsümünün başa çatdığı noyabrın 24-ü tarixinə kimi bu məsələni həll etməliyik”.

Qeyd edək ki. Ruutli 2008-ci ildən Estoniya yığmasını çalışdırır.
 

Xəbər xətti