Foqts:"Qırğız futbolçulara heyran qaldım"

13:54 - 18 Noyabr 2013

"Sabahkı oyunda hər iki komanda qələbə qazana bilər"
 
"Qırğızıstanla oyun bizim üçüm çox çətin olacaq. Estoniyadan məğlub ayrılmışıq. Həmin oyunda bir neçə səhvə yol verdik. Rəqibi qiymətləndirməməyimizə heç bir səbəb yoxdur. Nəzərə alaq ki, qırğızlar Estoniya ilə 1:1 bərabərə qalmışdı. Biz isə onlara məğlub olduq. Əsas odur ki, bu səhvləri təkrarlamayaq".
 
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Qırğızıstanla oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
 
Almaniyalı mütəxəssis sabahkı görüşdə hər iki komandanın qələbə qazana biləcəyini bildirib:
 
"Sabahkı oyunda hər iki komanda qələbə qazana bilər. Görünür, bu ölkələr bir-birilə çox bağlıdır. Bizi buarada çox səmimi qarşıladılar. Burada qocalar və uşaq evlərini ziyarət etdik. Futbolçuların üzündə xoş təbəssüm gördüm. Qırğız futbolçulara heyran qaldım. Onlar yaşlılarla çox səmimi söhbət edirdilər. Sanki öz valideynləridir. Bu səfər yalnız futbolu xatırlatmayacaq".
 
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Xəbər xətti