Millimizin baş məşqçisi tutduğu vəzifədən azad edilib

01:21 - 21 Noyabr 2013

Aslan Kərimova yeni vəzifə
 
19 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi postunda dəyişiklik edilib.
 
Sportal.az xəbər verir  ki, Arif Əsədovun yerinə almaniyalı baş məşqçi Nikolay Adam gətirilib.
 
Düzdür, bu hələ AFFA tərəfindən rəsmən elan olunmayıb. Amma bu dəyişiklik federasiyada rəsmən həllini tapıb.
Məlumat üçün deyək ki, Nikolay Adam Azərbaycan futboluna yad sima deyil. Buna qədər U-17 millimizdə çalışan Adam eyni zamanda məşqçi kurslarına da rəhbərlik edir.
Bizdə olan məlumata görə, U-17 yığmasına bundan sonra millimizin sabiq kapitanı Aslan Kərimov rəhbərlik edəcək.
 
 
futbol11.az

Xəbər xətti