Futbolçuya pul cəriməsi kəsilib
“Sumqayıt” klubunun rəhbərliyi hücumçu Pərdis Fərcad-Azadı cərimələmək qərarına gəlib.
Sportal.az xəbər verir ki, bu qərara səbəb, Tallində Estoniya yığmasına qarşı keçirilmiş oyun (1:2) ərəfəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndiyi an, Pərdis Fərcad-Azadın saqqız çeynəməsi olub.
“Sumqayıt” klubunun rəhbərliyi cərimə məbləğini bəyan etməsə də, bunun kifayət qədər böyük məbləğ olduğu ehtimal edilir.
saytlarin hazirlanmasi