Millimiz Belçika ilə bir qrupa düşdü

13:28 - 28 Noyabr 2013

U-17-nin rəqibləri müəyyənləşib 

 

Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püçkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq.

 

Bu qrupun oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək.

Xəbər xətti