Berti Foqts: "Gələn ilin planları haqda danışa bilmərəm"
"Gələn ilin planları haqda danışa bilmərəm. Çünki mənim Azərbaycan millisi ilə müqavilən başa çatıb. AFFA İcraiyyə Komitəsinin qərarından sonra bu haqda nəsə demək olar".
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçi Berti Foqts deyib.
O qeyd edib ki, baş məşqçi vəzifəsində qalsa, fəaliyyətini bir qədər də aktivləşdirəcək:
"Əgər Azərbaycan millisində işimi davam etdirməli olsam, daha çox yoldaşlıq oyunları və təlim-məşq toplanışları keçirmək fikrim var. Bunlara daha çox vaxt ayırmaq üçün AFFA-ya müraciət edəcəm".
Foqts milli komandanın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun ilin ən yaxşı futbolçusu seçilməyinə də münasibət bildirib:
"Ən yaxşı futbolçu Rəşad seçilibsə, deməli o, bu ada layiqdir. Rəşadın yüksək liderlik keyfiyyətləri var. Bir qola və bir məhsul ötürməyə görə ən yaxşı futbolçu seçilmir. Gərək bütün bir ili nəzərə alasan ki, Rəşad da bu dövrdə özünü yaxşı tərəfdən göstərib".
saytlarin hazirlanmasi