Azərbaycan millisinin AVRO-2016-dakı oyunlarının tarixi açıqlandı

13:58 - 19 Dekabr 2013

İlk oyunlar 2014-cü ilin sentyabrında baş tutacaq
 
Fevralın 23-də AVRO-2016-nın seçmə mərhələsinin püşkü atılacaq.
 
Sportal.az xəbər verir ki, püşkatmadan sonra müəyyən olunan qrupların mübarizə aparacağı təqvimisə artıq müəyyənləşib.
 
1-ci tur: 7/8/9 sentyabr 2014
2-ci tur: 9/10/11 oktyabr 2014
3-cü tur: 12/13/14 oktyabr 2014
4-cü tur: 14/15/16 noyabr2014
5-ci tur: 27/28/29 mart 2015
6-cı tur: 12/13/14 iyun 2015
7-ci tur: 3/4/5 sentyabr 2015
8-ci tur: 6/7/8 sentyabr 2015
9-cu tur: 8/9/10 oktyabr2015
10-cu tur: 11/12/13 oktyabr 2015
 
Pley-off mərhələsinin təqvimi
 
İlk oyunlar: 12, 13, 14 noyabr 2015
Cavab oyunları: 15, 16, 17 noyabr 2015
 
Seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq. 
 
24 komandanın qatılacağı bu mötəbər yarışın final mərhələsi iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq.
 
Final mərhələsinin püşkü isə 2015-ci il dekabrın 12-də Parisdə təşkil olunacaq.

Xəbər xətti