Yığma komandamız bir xalla kifayətləndi
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız Yunanıstan komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun saat 14:15-də başlayıb. Millimiz matçın ilk hissəsinin sonunda hesabda önə çıxsa da, oyunun 90+7 dəqiqəsində qapısından top buraxaraq meydandan 1-1 hesablı heç-heçə ilə ayrılıb. Komandamızın növbəti oyunu yanvarın 6-sı, saat 12.00-da Çexiya yığmasına qarşı olacaq.
saytlarin hazirlanmasi